Banner

Problemli kreditlərin artmasının arxasında hansı səbəblər dayanır? – İqtisadçıdan AÇIQLAMA

Gündəm 28 Oktyabr 2026 17:16
Problemli kreditlərin artmasının arxasında hansı səbəblər dayanır? – İqtisadçıdan AÇIQLAMA
WhatsApp kanalımıza abunə olun

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi artmaqda davam edir.

Avtosfer.az xəbər verir ki, Mərkəzi Bankın oktyabrın 27-də açıqladığı hesabata əsasən, bu il oktyabrın 1-nə ölkə banklarında vaxtı keçmiş kreditlərin məbləği 754,3 milyon manata çatıb.

Son bir ildə problemli kreditlərin həcmində, ötən ilin dekabrı, eləcə də bu ilin iyun və avqust ayları istisna olmaqla, davamlı artım qeydə alınıb.

Hesabat dövründə vaxtı keçmiş kreditlərin məbləği ilin əvvəli ilə müqayisədə 35 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 42 faizdən çox artıb.

Mövzu ilə bağlı iqtisadçı Eyyub Kərimli Avtosfer.az-a açıqlamasında bildirib ki, bu gün problemli kreditlərin həm həcminin, həm də ümumi kredit portfelindəki payının artması bir neçə amillə bağlıdır:

“Əsas səbəblərdən biri kreditlərin ipoteka sektoruna yönəldilməsidir. Bu sahədə gəlirlilik səviyyəsinin aşağı olması və kreditlərin əsasən daşınmaz əmlakla əlaqəli olması onların geri ödənilməsində müəyyən çətinliklər yarada bilər.

Digər mühüm amil ümumi kredit portfelinin genişlənməsidir. Bu, problemli kreditlərin ümumi kredit portfelindəki faiz nisbətinə də təsir göstərir. Eyni zamanda, iqtisadi artım tempinin aşağı olması və iqtisadi fəallığın zəifləməsi də kreditlərin ödənilməsində çətinliklərə səbəb olaraq problemli kreditlərin payının artmasına gətirib çıxara bilər.

Bununla belə, bu göstəriciləri qiymətləndirərkən yalnız aylıq müqayisə ilə kifayətlənmək düzgün olmaz. Çünki bir ay ərzində yaranan gecikmələr növbəti ayda aradan qaldırıla bilər. Buna görə də problemli kreditlərin dinamikasını daha dəqiq qiymətləndirmək üçün göstəriciləri illik müqayisədə təhlil etmək vacibdir".

Türkan Ülvi

Oxunub : 60
ŞƏRH YAZ
Ad

E-mail

Şərh