Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?

Azərbaycanda mikromaliyyə sektorunun inkişafı kiçik sahibkarların maliyyə resurslarına çıxış imkanlarını genişləndirə və kiçik və orta biznesin fəaliyyətinə təsir göstərə bilər.
Avtosfer.az xəbər verir ki, mikromaliyyə xidmətlərinin genişlənməsi fonunda kreditlərin əlçatanlığı, faiz dərəcələri və əhalinin borc yükü ilə bağlı məsələlər aktuallıq qazanır. Bu sahənin inkişaf perspektivləri və yarana biləcək risklər müzakirə olunur.
Movzu ilə bağlı iqtisadçı Xalid Kərimli Avtosfer.az-a açıqlamasında bildirib ki, Mərkəzi Bankın məqsədi vətəndaşların sələmçilərə üz tutmasının və yüksək faizlə borc götürməyə məcbur qalmasının qarşısını almaqdır:
.jpeg)
''Buna görə də mikromaliyyə sektorunun inkişafı əhəmiyyətlidir. Bu təşkilatların verdiyi kreditlərin faizləri banklarla müqayisədə bir qədər yüksək ola bilər. Çünki onlar banklardan kredit almaq imkanı olmayan, daha riskli müştərilərə xidmət göstərirlər. Bundan başqa, həmin təşkilatların vəsait cəlb etmə xərcləri də banklarla müqayisədə yüksək ola bilər. Mikromaliyyə təşkilatları nağd kreditlər, məişət avadanlıqlarının alınması üçün kreditlər və biznes subyektlərinə maliyyə vəsaitləri təqdim edirlər. Vətəndaşlar bu xidmətlərdən istifadə etməyə məcbur deyillər, lakin bazarda alternativlərin olması müsbət haldır. Bu sektor nə qədər inkişaf etsə, bazara daha çox iştirakçı daxil olsa və rəqabət artsa, maliyyə xidmətlərinin əlçatanlığı baxımından bir o qədər yaxşı nəticələr əldə etmək mümkündür. Mikromaliyyə xidmətlərinin genişlənməsi ilə bağlı əsas narahatlıqlardan biri isə əhalinin borc yükünün artması riskidir. Xüsusilə, “payday”, yəni qısamüddətli gündəlik kreditlər bu baxımdan diqqət çəkir. Azərbaycanda fəaliyyət göstərən bəzi təşkilatlar 100, 200, 300, 400 və 500 manata qədər kiçik məbləğli kreditlər təklif edirlər. Bu kreditlər məbləğ etibarilə kiçik olsa da, onların faizləri və digər xərcləri vətəndaşların borclanma yükünün artmasına səbəb ola bilər''.
İqtisadçı qeyd edib ki, bu risklərin qarşısının alınması istiqamətində Mərkəzi Bank müəyyən tədbirlər görür:
''Məsələn, kredit üzrə faizlər, komissiyalar və digər xərclərlə bağlı məhdudiyyətlər tətbiq edilir. Kreditin əsas məbləği 1000 manat olduqda, borcalandan tələb edilən ümumi məbləğin, yəni əsas borc və bütün xərclərin birlikdə 2000 manatı keçməməsi prinsipi nəzərdə tutulur. Bundan başqa, yaxın vaxtlarda borcların restrukturizasiyası ilə bağlı da yeni imkan yaradılıb. Belə ki, müəyyən şərtlər daxilində borcalanın borcunun 20 faizini ödəməsi halında, faiz və cərimə hesablanmadan 45 günlük restrukturizasiya imkanı tətbiq edilir. Bu addımın məqsədi vətəndaşlara borclarını ödəmək üçün əlavə vaxt vermək və onların daha ağır maliyyə vəziyyətinə düşməsinin qarşısını almaqdır. Ümumilikdə, Mərkəzi Bank bu sahədə həddindən artıq faiz yükünün yaranmaması və vətəndaşların hüquqlarının qorunması istiqamətində fəaliyyət göstərir''.
Fatimə
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT
Avtobus parkının yenilənməsi gediş haqqını bahalaşdıracaq?
Maşınla işə gedənlərin NƏZƏRİNƏ!
Bakıda sıxlıq olan yollar AÇIQLANIB
Problemli kreditlərin artmasının arxasında hansı səbəblər dayanır? – İqtisadçıdan AÇIQLAMA
Rusiya-Ukrayna müharibəsində Hindistanın rolu nə ola bilər? – POLİTOLOQ
Bank kartlarındakı pulları dələduzlardan necə qorumaq olar? – XƏBƏRDARLIQ












