Alim koronavirus vaksininin hazır olacağı vaxtı açıqladı

“Koronavirusa qarşı “BNT162” vaksinin təkmilləşdirilməsi ilə bağlı işlər başa çatmaq üzrədir, oktyabr ayının sonu, noyabrın əvvəlində təqdim ediləcək”.
“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, bunu Almaniyada yerləşən “BioNTech”in qurucusunun ortağı professor, doktor Uğur Şahin ABŞ-ın CNN TV telekanalına müsahibəsində bildirib.
Türkiyədən olan həkim vaksinin ABŞ-ın tanınmış “Pfizer” dərman preparatı istehsal edən şirkəti ilə birlikdə hazırladıqlarını vurğulayıb. Onun sözlərinə görə, ilin sonuna qədər vaksini 100 milyon vahid dozaya, 2021-ci ildə isə 1,3 milyard dozaya çatdırmaq planlaşdırılıb.
U.Şahin 1965-ci il sentyabrın 19-da Türkiyənin İskenderun şəhərində anadan olub. 4 yaşı olanda ailəsi ilə birlikdə Almaniyaya köçüb. Ailəsi Kölndə “Ford” avtomobil zavodunda işləməyə başlayıb. O, Köln Universitetini bitirib və Hamburq Saar Universitetində fəaliyyətə başlayıb. Xərçəng xəstəliyinə qarşı araşdırmaları ilə tanınıb. Xərçəngli hüceyrə ilə sağlam hüceyrəni bir-birindən ayıraraq xəstə hüceyrəni məhv edən vaksini inkişaf etdirib. Süd vəzisi, yoğun bağırsaq, ağciyər, mədəaltı və prostat vəzilərin xərçəngdən müalicəsi sahəsində işlərini davam etdirir.
U.Şahinin ortağı olduğu şirkətin dəyəri 3 milyard avro təxmin edilir. Vaksin kəşf edilərsə, şirkətin dəyərinin bir neçə dəfə artacağı gözlənilir.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












