Alimlər: "Koronavirus daha çox yoluxucu olub"

Koronavirus təkamülü zamanı, ola bilsin, mutasiyaya uğramağı dayandırıb və nəticədə insan orqanizminə daha yaxşı uyğunlaşa bilib. Bu, onun daha çox yoluxucu olmasına imkan verib.
Bu fikri Honkonq Politexnik Universitetinin alimləri irəli sürüblər.
Tədqiqat zamanı onlar meqapolisdə koronavirusun hazırkı - üçüncü dalğası zamanı 20-dən çox xəstədən əldə edilən ştammları müqayisə ediblər və onların xaricdən “idxal edilən” infeksiya nümunələri ilə genetik identikliyini müəyyən ediblər.
“Koronavirus bənzər araşdırmalar apardığımız birinci və ikinci dalğalar zamanı mutasiyaya uğramağa davam edirdi. Bu dəfə isə nəticələr fərqli oldu. Bu onu göstərir ki, ya virus insan orqanizminə uyğunlaşıb və mutasiyaya uğramağı dayandırıb, ya da yoluxanların hamısı qısa müddət ərzində bir yerdə yoluxublar”, - Universitetin dosenti Gilman Siu vurğulayıb.
Qeyd edək ki, iyulun 5-dən etibarən Honkonqda üçhəftəlik sıfır yoluxma səviyyəsinin ardından yenidən koronavirus yayılmağa başlayıb. Son bir həftə ərzində dünyanın ən sıx məskunlaşmış meqapolislərindən birində hər gün yüzdən çox yoluxma hadisəsi qeydə alınır, ümumi yoluxma hallarının sayı isə üç minə yaxınlaşır.
Pandemiyanın başlanmasından bu yana dünyada 16,7 milyondan çox insan koronavirusa yoluxub, 660 mindən çox insan ölüb. (“Report”)
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











