Alimlər koronavirusla mübarizənin təbii vasitəsini tapdılar - FOTO

ABŞ və Koreya alimləri belə nəticəyə gəliblər ki, dəniz yosunlarının tərkibinə daxil olan Heparin yeni koronavirusun yaylmasının qarşısını alır.
Bildirilir ki, Heparin ABŞ-da tətbiq edilən remdesivir - COVID-19-un əsas preparatından da güclüdür. Alimlərin nəşrdə dərc edilən tədqiqatlarının nəticələrində bildirilir ki, mütəxəssislər artıq Denge, Zika və A qripi viruslarını neytrallaşdırmağa çalışan yeni üsulu koronavirus üzərində də sınamağa qərar veriblər.
Məlum olub ki, yosunlarda olan Heparin virusla mübarizə aparmaqda ən yaxşı üsuldur.
Alimlər güman edirlər ki, yosunlardan hazırlanan maddələr burun spreyi antivirusun yaradılması üçün əsas ola bilər. Bu, erkən mərhələlərdə xəstəliyi müalicə etməyə və ya hətta yoluxmanın qarşısını almağa kömək edəcək.
Qeyd edək ki, koronavirus ilk dəfə ötən ilin sonlarlnda Çinin Uhan şəhərində yayılıb. Hazırda dünyada COVID-19-a yoluxanların sayı 15,9 milyona çatır. Pandemiya ərzində koronavirusdan 642 mindən çox insan ölüb. (“Report”)

Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












