Alimlər koronavirusun 200-ə yaxın mutasiyasını müəyyənləşdirib

Tədqiqatçılar artıq yeni növ koronavirusun təxminən 200 mutasiyasını müəyyənləşdiriblər. Bu barədə Rusiya Səhiyyə Nazirliyinin N.F.Qamalei adına Federal Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat Mərkəzinin aparıcı elmi işçisi Lyudmila Alimbarova bildirib.
“Virusun hansı sürətlə mutasiyaya uğraması və bunun nəyə səbəb olacağı ilə bağlı bir sıra fikirlər var. Bəzi məlumatlara görə, yeni növ koronavirus digər RNT viruslarına və ya 10 gündə 1 dəfə mutasiya tezliyinə malik qrip virusuna nisbətən daha yavaş mutasiya edir. Dünyanın müxtəlif bölgələrindəki COVID-19 genomlarının araşdırmaları onun bütün növlərinin ortaq əcdadı olduğunu göstərdi və dəyişikliklərin ən çox yayıldığı bölgələri müəyyənləşdirdi.
Bu mutasiyalar COVID-19-un sələfləri olan SARS-CoV-1 virusları (ağır kəskin respirator sindromuna səbəb olan) və MERS-CoV virusları (Orta Şərq respirator sindromuna səbəb olan) ilə müqayisə edildi. Məlum oldu ki, SARS-CoV-1-də təxminən altı dəyişiklik, MERS-CoV-da isə 350 dəyişiklik bizə məlumdursa, bu günə qədər yeni növ koronavirusda 200-ə yaxın mutasiya tədqiq edilib. Bu, COVID-19-un insan orqanizmində uyğunlaşmağa davam etdiyini təsdiqləyir”, - L.Alimbarova deyib.
Onun sözlərinə görə, bununla yanaşı, “virus nə qədər çox mutasiyaya uğrayarsa, bir o qədər çox zəifləyər və bir insandan digərinə daha az ötürülər” tipli fikir də var: “Bu isə o deməkdir ki, tezliklə virus soyuq mövsümdə tez-tez rast gəldiyimiz adi respirator xəstəlik növlərindən birinə çevrilə bilər”.
Mütəxəssis onu da qeyd edib ki, bu gün koronavirusun azı altı növü məlumdur, ancaq birmənalı şəkildə növlərdən hansınınsa müəyyən ərazi mənsubiyyəti olduğunu demək olmaz. (“Report”)
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ












