Alimlər koronavirusun ABŞ-da yayılması ehtimalını irəli sürdülər

Los-Anceles xəstəxanalarına müraciət etmiş pasiyentlərin xəstəliklərinin tarixlərini təhlil edən həkimlər bu nəticəyə gəliblər ki, koronavirus Kaliforniyada hələ 2019-cu ilin dekabrında yayıla bilərdi.
"Report" xəbər verir ki, tədqiqatı "Journal of Medical Internet Research" dərc edib.
"Biz analizimizə potensial xəstələrin dərhal müraciət etdikləri, infeksiyanın birinci simptomlarının meydana çıxdığı xəstəxanalarda pasiyentlərin ambulator müayinələrinin nəticələrinə daxil etdik", - Los-Ancelesdə Kaliforniya universitetinin professoru Joanna Elmor nəşrə bildirib.
O vurğulayıb ki, oxşar tədqiqatların əksəriyyəti yalnız xəstəxanaya yerləşdirilmiş pasiyentlərin məlumatlarına əsaslanır. Professorun sözlərinə görə, analizlərin nəticələri COVID-19-un Kaliforniyada yayıla bilməsi ehtimalını ortaya çıxarıb.
Qeyd edək ki, Çin hakimiyyəti 31 dekabr 2019-cu ili Uhan şəhərində pnevmoniyanın yayılması haqqında bildirib. Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada COVID-19-a yoluxanların sayı demək olar, 28 milyona çatıb, virusdan 900 mindən çox insan ölüb.
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











