Alimlərin qorxunc proqnozu: 30 ildən sonra...

30 ildən sonra okeanda plastik tullantıların sayı balıqların sayını keçəcək.
Avtosfer.az xəbər verir ki, “The Independent”in məlumatına görə, Ellek Makartur, Oksford və Lids universitetlərinin, həmçinin, “Common Seas” təşkilatının mütəxəssisləri apardıqları tədqiqatlardan sonra bu qənaətə gəliblər.
Onların hesablamalarına görə, təkcə 2016-cı ildə okeana 11 milyon ton plastik tullantı atılıb.
Alimlər dünya hökumətlərinin və biznesin plastik qablaşdırmadan imtina etməyəcəyi təqdirdə 2040-cı ildə onların bazarda həcminin iki dəfə artacağını proqnozlaşdırıblar.
“Okeana atılan tullantıların həcmi 2040-cı ilə kimi 29 milyon tona çata bilər, 2050-cı ildə isə suda olan plastik kütlələrin sayı balıqların sayını keçəcək”, - deyə araşdırmada bildirilir.
Plastik cisimlər xırda hissələrə parçalanmaqla dəniz ekosisteminə zərər vurur.
“Ocean Conservancy”nin məlumatına görə, vəhşi təbiətin azı 600 növü okeanda zibilin təsirinə düşüb. Bir sıra balıqlar isə plastik zibili qida ilə səhv salır, sonra isə həmin zibil dəniz məhsulları bazarı ilə insanların qida zəncirinə düşür.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












