Allahşükür Paşazadənin Donald Trampa ünvanladığı məktuba cavab gəlib

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin Baş katibi Şeyxülislam A.Paşazadənin ABŞ prezidenti Donald Trampa İranda koronavirus pandemiyasının və mövcud sanksiyaların yaratdığı humanitar problemlərlə bağlı ünvanladığı məktuba ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Örl Litzenberqer iyunun 11-də rəsmi cavab verib.
Avtosfer.az xəbər verir ki, İdarədən "Report"a verilən məlumata görə, məktubda QMİ sədrinin məsələ ilə əlaqədar narahatlığını ifadə edən mövqeyi dəyərləndirilərək Birləşmiş Ştatlar tərəfindən bu narahatlığın bölüşüldüyü bildirilib.
Məktubda A.Paşazadənin humanitar böhran dövründə insan həmrəyliyinin önəminin artdığına dair fikirləri ilə bağlı deyilir: "Biz İran xalqı üçün dünya ictimaiyyətinin narahatlığını bölüşürük. Prinsip olaraq sanksiya proqramlarımız İranla xoşniyyətli, humanitar sahə ilə bağlı ticarət, yardım və fəaliyyətləri hədəf almır və ya hansısa şəkildə məhdudlaşdırmır".
Məktubda həmçinin Birləşmiş Ştatların Azərbaycanın öz müstəqilliyini əldə etdikdən sonra onu dəstəklədiyi və gələcəkdə də tərəfdaşlığın davam etdirilməsində maraqlı olduğu vurğulanıb.
Maşınların düşdüyü quyu ilə bağlı açıqlama - FOTOLAR
İnzibati xətanın təkrar törədilməsinə görə daha sərt cərimələr tətbiq olunacaq - HÜQUQŞÜNAS
İctimai nəqliyyatda problemlə qarşılaşanlara VACİB tövsiyə – Bu tətbiqdən istifadə edin
Bəzi yollarda sıxlıq var - SİYAHI
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycan–Ermənistan sülhü yeni regional birliyin əsasını qoya bilər? - AÇIQLAMA
Paşinyan İsrailin gündəmə gətirdiyi mövzudan niyə yayınır? - POLİTOLOQ
Sərxoş halda elektrikli velosiped idarə etdi CƏRİMƏLƏNDİ
Köhnə şəkli paylaşıb qəza şousu yaradan Zaur Kamal nə istəyir? – Yalan xəbər imiş
Elektrikləşdirilmiş dəmir yolları niyə yenidən ön plana çıxır? – EKSPERT
Sürücülük vəsiqəsi ilə bağlı inqilabi təklif – 25 yaşdan sonra…










