Almaniyada taksi sürücüləri nə qədər qazanır? - MARAQLI

Almaniyada taksi fəaliyyəti ilə məşğul olan əcnəbilərin sayı günü-gündən artır. Xeber.de- nin məlumatına görə, Almaniyada bu işlə xüsusilə Türkiyə, İran və İraqdan gələn əcnəbilər məşğul olur. Taksi fəaliyyəti ilə məşğul olmaq isə, elə də asan deyil.
Almaniyada bu sahədə apardığımız araşdırmalar nəticəsində öyrəndik ki, taksi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin sürücülük təcrübəsi minmum üç il olmalıdır. Sürücülük təcrübəsi sürücülük vəsiqəsinin alındığı gündən hesablanır. Daha sonra bu peşə ilə bağlı fəaliyyət göstərən uyğun bir şirkət tapmalıdır. Yaş məhdudiyyəti yoxdur. Yaşadığınız ərazidə fəaliyyət göstərən polis məntəqəsindən həbs və ya saxlanılmanın olmaması ilə bağlı sənəd alınmalıdır. Sərxoş halda və ya narkotik maddələrin təsiri ilə hansısa qanun pozuntusuna yol verən və buna görə polisdə qeydiyyatda olan şəxslərə bu sənəd verilmir.
Bundan sonra şəxsin etməli olduğu taksi fəaliyyəti ilə bağlı xüsusi təlimlər verən məktəblərə qeydiyyat üçün müraciət etməkdir. Almaniyada demək olar ki, hər sürücülük məktəbi bu tip kurslar verir. Kurslar 3-6 aya qədər davam edə bilir.
Kursun sonunda taksi sürücüsü olmaq istəyənlər üçün bir yazılı, bir də şifahi imtahan olur. İmtahanlarda tələb olunan balı yığan şəxslərə taksi fəaliyyəti ilə məşğul ola bilmək üçün sertifikat verilir.
Kurslar olduqca vacibdir. Çünki, Almaniyada yoldan keçən taksini saxlamaq olmaz. Uyğun taksi şirkətinə zəng vuran müştəri hazırda olduğu və gedəcəyi küçənin adını verir. Taksi sürücüsü sifarişi SMS və yaz xüsusi proqram (Mobil APP) vasitəsi ilə alır. Almaniyada hər taksi sürücüsü gündə təxminən 100-150 avro qazanır. Qazancın 50 % taksi şirkətinə verilir, qalanı da sürücünün…
Almaniyada taksi fəaliyyətində istifadə edilən avtomobillərin istehsal ili yenidir. Ona görə çox da texniki baxıma ehtiyac duyulmur. Lakin texniki baxım lazım olarsa, bu, şirkətə verilən pulla ödənilir. Taksi sürücüsünün dövlətə ödədiyi vergini də çıxsaq, aylıq təmiz maaşı təxminən 1800-2000 avro edir. Xüsusi olaraq qeyd edək ki, bu Almaniyada əyalətlərə görə dəyişir.
Bişkek görüşündə TRIPP layihəsi ilə bağlı hansı qərarlar verilib? – POLİTOLOQ
Dəmir yolu xəttində yenidənqurma: 2028-ci ilədək nələr dəyişəcək?
Metro ziyanla işləyir - Gediş haqqı artırılacaq?
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
İki ölkənin nümayəndələri Zəngəzur dəhlizinə baxış keçirdi: YENİLİKLƏR AÇIQLANDI
Prezidentin Qırğızıstana işgüzar səfəri başa çatıb - FOTO
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bişkekdə keçirilən görüşlər Azərbaycanın siyasi tarixi üçün niyə əhəmiyyətlidir? - AÇIQLAMA
ŞƏT-lə dialoq tərəfdaşı rolunda əməkdaşlıq Azərbaycana nə vəd edir? - DEPUTAT
Yeni tədris ilində tıxac əvvəlki illərdən daha çox artacaq - MÜTƏXƏSSİS
İşıq dirəkləri olan küçə qaranlığa qərq olub: Sürücülər və piyadalar təhlükədədir - VİDEO










