Alstom Azərbaycan Dəmir Yolları üçün Prima T9 lokomotivlərinin sınaqlarına başlayıb

Fransanın “Alstom” şirkəti, Azərbaycanda Prima T9 AZ8A yük lokomotivlərinin sınaqlarına başlayıb. Bu “Alstom”la “Azərbaycan Dəmir Yolları” QSC arasında icra olunan layihənin mühüm mərhələsi sayılır.
Şirkətin Qərbi və Orta Asiyadakı idarəedici direktoru Guillaume Tritterin sözlərinə görə, “Alstom” ADY ilə strateji tərəfdaşlığı ilə fəxr edir və Azərbaycanda dəmir yolu infrastrukturunun inkişafına və yük daşımalarının artırılmasına töhfə verməyə hazırdır.
Qeyd edək ki, 2014-cü ildə ADY, “Alstom”un Transmashholding (TMH) ilə ortaq müəssisəsi olan “EKZ” ilə 50 elektrik lokomotivi, o cümlədən 40 Prima T8 AZ8A yük lokomotivi və 10 Prima M4 AZ4A sərnişin lokomotivi almaq üçün müqavilə bağlayıb.
“Alstom”un Prima T8, dünyanın ən güclü elektrik lokomotivlərindən biridir. Prima T8 lokomotivi 9000 tona qədər yük götürə və 120 km sürətlə hərəkət edə bilir.
Son 20 ildə dünyada 3200-dən çox Prima lokomotivi satılıb. (APA)
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












