Antibiotiklər ev şəraitində necə istifadə olunmalıdır? - VİDEO

Son zamanlar müzakirə olunan aktual məsələlərdən biri də antibiotiklərin həkim nəzarəti olmadan istifadəsidir. Bəzən ağrını qısa müddətdə aradan qaldırmaq istəyi insanları antibiotikdən asılı vəziyyətə salır. Əksəriyyət isə bu preparatların ciddi fəsadlara səbəb ola biləcəyindən xəbərsizdir. Mütəxəssislər ev şəraitində, həkim məsləhəti olmadan antibiotik istifadəsini düzgün hesab etmirlər.
Bəs xəstənin bədəninin antibiotikə qarşı reaksiya verib-vermədiyini necə müəyyən etmək olar?
Terapevt Samirə Qəribova bildirir ki, inyeksiya şəkilində olan antibiotiklərdən istifadə olunmazdan öncə mütləq dərialtı sınaqlar qoyulmalı və 20 dəqiqə gözlənilməlidir. Əgər inyeksiya yerində qızartı, ağrı və şişkinlik, eləcə də xəstədə boğulma, təngnəfəslik, ürəkdöyünməsinin artması kimi hallar müşahidə olunmazsa, bu, antibiotikə qarşı allergik həssaslığın olmadığını göstərir.
Həkim xəbərdarlıq edir ki, ölüm halları çox zaman antibiotiklərin anafilaktik şok deyilən güclü allergik reaksiya yaratması nəticəsində baş verir:
"Bu, insanı qəfil ölümə aparan sürətli reaksiyadır və hər bir insanda gözlənilməz şəkildə baş verə bilər. Heç kim bu haldan sığortalanmayıb".
Daha ətraflı Baku TV-nin süjetində:
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO











