AQTA Cəlilabadda tullantıların küçəyə atılması məsələsinə aydınlıq gətirdi

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında insanların sağlamlığına təhlükə yaradacaq əşyaların küçəyə atılması ilə bağlı mediada yer almış xəbərlərdə həmin əşyaların daşınması və utilizasiyanın guya Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) tapşırılması ilə bağlı məlumatlar yayılıb. AQTA-dan bildirilib ki, həmin xəstəxanadan qeyd olunan əşyaların, müxtəlif tullantıların ərazidən daşınması və utilizasiyası Qida Təhlükəsizliyi Agentliyinin funksional vəzifələrinə daxil deyil və bununla bağlı Agentliyə hər hansı tapşırıq verilməyib: "Yalnız onu qeyd edə bilərik ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Lənkəran Regional Sınaq Laboratoriyasında bioloji və tibbi tullantıların utilizasiyasını həyata keçirən, müasir standartlara cavab verən insinerator (yüksək temperaturda yandırılma üsulu ilə təhlükəli tullantıların zərərsizləşdirilməsi) avadanlığı fəaliyyət göstərir. Pandemiya şəraitini nəzərə alaraq həmin avadanlığın imkanları ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha məlumatlar verilmiş və yalnız bioloji və tibbi tullantıların məhv edilməsi üçün laboratoriyanın avadanlığı bu prosesə cəlb olunub. Hazırda avadanlıq vasitəsilə cənub bölgəsində pandemiya ilə əlaqədar mövcud olan bioloji və tibbi tullantıların utilizasiyası həyata keçirilir. Xəstəxananın digər əşyaları, müxtəlif növ tullantıları, o cümlədən məişət tullantıları, yemək üçün nəzərdə tutulan qablarının daşınması və məhv edilməsi Qida Təhlükəsizliyi Agentliyinin yox, aidiyyatı qurumların birbaşa vəzifə səlahiyyətlərinə daxildir. Əlaqədar qurumlara isə tövsiyə edirik ki, yanlış məlumatlar yaymamaq üçün informasiya verərkən həmin məlumatın dəqiqliyini bir daha araşdırsınlar".
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ











