Maştağa sakini arvadını öldürdüyünü düşünüb polisə təslim oldu - VİDEO

2020-ci il sentyabrın 7-də Daxili İşlər Nazirliyinin 102 xidmətinə Sabunçu rayonunun Maştağa qəsəbəsində Fərqanə Abbasovanın həyat yoldaşı tərəfindən bıçaqlanması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan 14-cü Polis Bölməsinin əməkdaşlarına məlum olub ki, yaralanan qadın xəstəxanaya yerləşdirilib. Həmin ərəfədə cinayəti törədən Abbas Abbasov könüllü Sabunçu Rayon Polis İdarəsinə (RPİ) gələrək təslim olub. Hadisənin baş verdiyi Maştağa qəsəbəsi, Xanlar küçəsi, ev 137-yə baxış zamanı dəhlizdə və yataq otağında qan ləklərinin olması müəyyən edilib. Evin eyvanında dəstəyi qara rəngli, üzərində xırda qan ləkələri olan bıçaq aşkar edilib.
Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Fərqanə Abbasovanın bədən səthində beş ədəd kəsilmiş-deşilmiş yara izi aşkar edilib.
İstintaqla müəyyən edilib ki, Abbas Abbasov 2005-ci il ildən rəsmi nikahda olduğu həyat yoldaşı Fərqanə Abbasova ilə İmişli rayonunda birgə yaşadıqları müddətdə mütəmadi spirtli içki qəbul edib, sərxoş vəziyyətdə evə gələrək heç bir əsas olmadan qısqanclıq zəminində onunla mübahisə edib.
2019-cu ilin oktyabr ayında müalicə olunduğu İran İslam Respublikasından geri qayıtdıqdan sonra qadın Maştağa qəsəbəsində yerləşən ata evinə köçüb. Abbas münasibətlərinin yenidən bərpa olunmasına və barışmalarına təkidlə cəhd etsə də, Fərqanə onunla yaşamaqdan imtina edərək, boşanmaq istəyib. Arvadını qısqanclıq niyyəti ilə öldürmək qərarına gələn Abbasov qayınatasının evinə gəlib və bacısı Vəfa Abbasovanın gözləri qarşısında ona xəsarətlər yetirib. Arvadının almış olduğu xəsarətlərdən hərəkətsiz vəziyyətdə qaldığını görərək, öldüyünü zənn edib və hadisə yerindən qaçıb. Daha sonra Sabunçu RPİ-nə gedərək könüllü təslim olub.
Fərqanə Abbasova ailə üzvləri tərəfindən vaxtında xəstəxanaya çatdırılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Abbas Abbasov 12 il müddətinə azadlıqdan məhrum olunub.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












