Millət vəkili orduya təkər göndərdiyi üçün BNA-a təşəkkür etdi

Milli Məclisin duputatı Arzu Nağıyev Bakı Nəqliyyat Agentliyinin rəhbərliyinə və kollektivinə təşəkkür edib.
Avtosfer.az xəbər verir ki,millət vəkili bu barədə facebook hesabında paylaşım edib. Onun sözlərinə görə, "Tovuzda Azərbaycan Ermənistan sərhəddində son düşmən təxribatı zamanı bir daha xalq-dövlət, xalq-ordu birliyinin nə qədər möhkəm və sarsılmaz,vacib olduğunun şahidi olduq. Sıravi vətəndaşlardan tutmuş müxtəlif təşkilatlara qədər Orduya,əsgərə dəstək olmaq üçün əllərindən gələni edirdilər.
Bu təşkilatlardan biri və öndə gedəni də Bakı Nəqliyyat Agentliyidir. Agentlik bu həssas dönəmdə qısa vaxt kəsimində 2 yük avtomobili karvanı olmaqla 31 tırla 13 mindən artıq təkəri cəbhə xəttinə yola salıb. Bu təkərlərin müdafiənin təşkili baxımından necə əvəzsiz bir material olduğunu mütəxəssislər yaxşı bilir və hərbiçilərimizi düşmən gülləsindən qoruyacaqdır.
Hazırki çətin şəraitdə öz işləri ilə bağlı üzərində böyük məsuliyyət olmasına baxmayaraq Orduya göstərdikləri dəstəyə görə Millət Vəkili olaraq Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli və kollektivin bütün üzvlərinə öz dərin minnətdarlığımı bildiriəm..."
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











