Astanada “Rəqəmsal İpək Yolu” layihəsinin tətbiq edilməsindən bəhs edilib

Qazaxıstanda “Rəqəmsal İpək Yolu” layihəsi həyata keçirilir, onun çərçivəsində bütün yükdaşımaların izlənməsi üçün vahid rəqəmsal logistika xəritəsi yaradılacaq. Avtosfer.az xəbər verir ki, bu barədə maliyyə naziri Madi Takiyev hökumətin iclasında məlumat verib. Layihənin məqsədi yükdaşıma haqqında məlumatların vizuallaşdırılmasıdır ki, bu da yol və keçid məntəqələrində yüklülüyü müəyyən etməyə, həmçinin yol infrastrukturunun inkişafını təhlil etməyə imkan verəcək. “Layihə çərçivəsində gömrük postları, yanacaqdoldurma məntəqələri, müvəqqəti saxlama anbarları, nəzarət məntəqələri və ödəniş toplama məntəqələri rəqəmsallaşdırılacaq və xəritədə geolokasiya ediləcək”, - deyə nazir izah edib. Yeni sistem elan edilmiş marşrutdan kənarlaşmaları operativ şəkildə müəyyən etməyə və potensial saxta tranzitin qarşısını almağa kömək edərək əlavə nəzarət səviyyəsini təmin edəcək. “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) müxtəlif ərazilərdən, o cümlədən Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan və Türkmənistandan keçəcək rəqəmsal telekommunikasiya dəhlizinin yaradılması üzrə meqalayihədir. Bu rəqəmsal infrastruktur yüksək məlumat ötürmə sürəti və minimum gecikmə ilə ən səmərəli və daha qısa marşrutu təmin edəcək, regional əməkdaşlığı əhəmiyyətli dərəcədə gücləndirəcək və bu ölkələrin davamlı inkişafına kömək edəcək.
Ağac avtomobilin və ya evin üzərinə aşanda zərəri kim ödəyəcək? – EKSPERTDƏN AÇIQLAMA
Küləkli havada sürücülər nələrə diqqət etməlidir? – MÜTƏXƏSSİS
Küləkdə ölüm və xəsarət olmaması üçün nə edək? – AÇIQLAMA
Həftəyə tıxacla başladıq
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi












