Aşurada qan vermək istəyənlərin nəzərinə

Hər il Aşura günü təşkil olunan ənənəvi qanvermə aksiyası bu il məscidlərdə deyil, Mərkəzi Qan bankının paytaxtda və bölgələrdəki filiallarında həyata keçiriləcək. Bu barədə Mərkəzi Qan Bankı məlumat yayıb.
Bildirilir ki, bu addım koronavirusla əlaqədar ölkə ərazisindəki bütün məscid və ziyarətgahlarda ibadətlərin müvəqqəti dayandırılması səbəbindən atılıb. Milli Hematologiya və Transfuziologiya mərkəzi qan vermək istəyən vətəndaşlara müraciət edib, qanvermə zamanı sosial məsafə saxlamaq və maskadan istifadənin mütləq olduğunu bildirib. Qan vermək üçün Mərkəzi Qan Bankı və bölmələrinə gələcək vətəndaşların fərdi sağlamlıqlarının qorunması məqsədilə sosial məsafə qaydalarına riayət və qoruyucu tibbi maskalardan istifadə etmək kimi tənzimləmə məsələlərində Milli Hematologiya və Transfuziologiya mərkəzinə Azərbaycan Könüllülü Təşkilatları İttifaqı də yardımçı olacaq.
Qeyd edək ki, bu il Aşura günü avqustun 30-na təsadüf edir.
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO












