Avtobus və metrolarda kondisionerlərlə bağlı narazılığa REAKSİYA - Rəsmi

Havaların istiləşməsi ilə Bakıda ictimai nəqliyyatda kondisionerlərin işləməsi məsələsi geniş müzakirə olunur.
Məsələ ilə bağlı "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Avtosfer.az-a açıqlamasında bildirib ki, ümumən 115 yeni nəsil kondisionerli vaqon var. Bu isə toplamda 23 qatar edir və hər qatar beş vaqondan ibarətdir.
"Kondisioner söndürülmür. Vaqonlardakı kondisionerlər həmin sistemə qoşulu olur. Havanın tempraturuna uyğun olaraq kondisionerlər avtomatik tənzimlənir. Hazırda vaqonlarda kondisionerlər işləyir", - deyə B.Məmmədov qeyd edib.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, müntəzəm marşrut xətt avtobuslarında havalandırma, isitmə və sərinləndirmə sistemlərinin olması sərnişinlərin rahatlığı üçündür.
"Nazirlər Kabinetinin 73 saylı qərarı ilə təsdiq olunan tələblərdə də bu məsələ xüsusilə qeyd edilib. Hər bir daşıyıcı şirkət istismarında olan avtobuslarda bu sistemlərinin olması və işlək vəziyyətdə saxlanılması üçün məsuliyyət daşıyır.
Eyni zamanda qeyd edək ki, prosedura uyğun olaraq hər il yay mövsümü başlamazdan əvvəl müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara rəsmi qaydada xəbərdarlıq məktubu göndərilir. Onlara avtobuslarda sərinləndirmə sistemlərinin işlək vəziyyətə gətirilməsinə dair göstərişlər verilir. Həmçinin onlara yay mövsümünün iyunun 15-də başlamasına baxmayaraq sərnişinlərin rahatlığı üçün avtobuslarda tempuratur göstəricilərinin tənzimlənməsi barədə də tapşırıqlar verilib", - deyə məlumatda qeyd olunub.
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev Livan Prezidenti Jozef Aunu təbrik edib
Prezidentin Vyetnama səfəri başa çatdı - VİDEO
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA











