Avtobusda uşaqların qarşısında arvadını öldürən şəxsə qəti cəza təyin edildi – FOTO

Gündəm 28 Dekabr 2015 18:00 Oxunub 1188
Avtobusda uşaqların qarşısında arvadını öldürən şəxsə qəti cəza təyin edildi – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisənin şahidləri sorğu-sual olunub

Bakı Apellyasiya Məhkəməsində Gədəbəy rayon sakini Namiq Məmmədovun (1962-ci il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb. 

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu il aprel ayının 8-i gecə saat 24 radələrində “20 yanvar” metrostansiyasının yaxınlığında, Xırdalan-Bakı xətti üzrə hərəkət edən 135 saylı sərnişin avtobusunda Namiq Məmmədov aralarında şəxsi münasibətlərin pozulması zəminində həyat yoldaşı Fatma Şəmiyevanı (1968-ci il təv.) bıçaqlayaraq, ağır yaralayıb, sonra isə hadisə yerindən qaçıb. Qadın Respublika Klinik xəstəxanasına aparılarkən yolda kəskin qanitirmədən vəfat edib. Hadisə yeri Yasamal RPİ 29-cu polis bölməsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən müayinə olunub, müvafiq qan nümunələri götürülüb, hadisənin şahidləri sorğu-sual olunub.

Səhərisi gün şübhəli şəxs könüllü Yasamal RPİ-yə gələrək təslim olub və törətdiyi cinayət əməlini etiraf edib.

İstintaqla müəyyən edilib ki, cinayəti Namiq Məmmədov azyaşlı övladlarının gözləri qarşısında törədib. Həmin axşam evlərinə qayıdarkən ərlə arvad arasında qısqanclıq zəminində mübahisə yaranıb, nəticədə təqsirləndirilən şəxs şalvarının cibində gəzdirdiyi açılıb-qatlanan bıçağı çıxararaq Fatma Şəmiyevaya döş qəfəsindən və qarın nahiyəsindən çoxsaylı zərbələr vurub. Bununla da, o qadını xüsusi amansızlıqla qəsdən öldürüb. 

Məhkəmə prosesində Namiq Məmmədov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli hesab edib. 

Prosesdə çıxış edən dövlət ittihamçısı məhkəmədən təqsirləndirilən şəxsin 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini xahiş edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Namiq Məmmədov 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Hökmdən məhkum və zərərçəkmişin hüquqi varisi apellyasiya şikayətləri veriblər. 

Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq qərara alıb ki, məhkumun 2 il həbsxanada cəza çəkməsi haqda qərar hökmdən xaric edilsin, ümumi cəza isə 18 il olaraq qüvvəsində qalıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh