Avtomobildə çəkələk problemi – Söhbət uzanır - VİDEO

Bir neçə gün öncə, Bakı şəhər baş dövlət yol polis idarəsinin şöbə rəisi Vaqif Əsədov açıq yay başmaqlarında avtomobil idarə edənlərin cəzalandırılacağını bildirmişdi. Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyev Vaqif Əsədova irad tutub. Yəni açıq yay başmaqlarında avtomobil idarə edənlərin cəzalandırılmasının qeyri-mümkün olduğunu bildirir: "Onlara sadəcə bu cür sükan arxasına əyləşməmələri tövsiyə edilə bilər."
ANS-in məlumatına görə, yay aylarında çəkələklə maşınların idarə olunmasının təhlükəli olduğunu deyən Bakı Şəhər Baş Dövlət İdarəsindən bildirdilər ki, bu cür sürücülərə qarşı cəzalar tətbiq ediləcək. İdarədən onu da dedilər ki, son 10 gün ərzində çəkələklərlə avtomobil idarə edən sürücülər tərəfindən 11-ə yaxın yol qəza hadisəsi törədilib. Elə buna görə də sürücülərə avtomobil idarə edərkən daha da diqqətli olmaları tapşırılıb. Çünki çəkələklə avtomobil idarə olunması qəzaların baş verməsini qaçılmaz edib. Xüsusən də, yay aylarında çimərliklərdən şəhər istiqamətinə və ya əksinə yollarda baş verən qəzaların təhlili göstərir ki, sürücülərin çəkələklərdən istifadə etməsi nəqliyyat vasitəsini idarə etmələrinə mane olur.
Baş Dövlət Yol Polis İdarəsindən onu da bildirdilər ki, belə hallar üzə çıxarsa, sürücülərə ən yüksək cəzaların veriləcəyi istisna edilmir. Bu istiqamətdə sürücülərə qarşı reydlər keçirilməsi nəzərdə tutulur.
Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyev sürücülərə qarşı tətbiq olunan bu cəzanın hüquqi əsasının olmadığnı bildirdi. Qanunda maşın sürən şəxsin hər hansısa geyim formasında avtomobil idarə etməsi göstərilməyib. “Qanunvericilikdə nəqliyyat vasitəsini idarə edən şəxsin və ya sərnişinlərin hər hansısa geyim formasında avtomobil idarə etməsi göstərilməyib. Biz sadəcə olaraq əməkdaşlarımıza təlimat vermişik ki, çəkələklə maşın sürən sürücüyə rast gələndə onlara çəkələklə maşın sürməməyi tövsiyə etsinlər. Çünki bu təhlükəlidir, sürücülər də özlərinin və yaxınlarının həyatını təhlükəyə atmamaq üçün çəkələklə maşın sürməkdən imtina etməlidirlər”, - deyə Kamran Əliyev bildirib.
Əgər sizdə təhlükədən yan keçmək istəyirsinizsə, o zaman ehtiyatı əldən verməyin.
Bakıda yol çökdü: Avtomobilin təkəri partladı - VİDEO
Balacanın hərbi salamına polislər belə reaksiya verdi - VİDEO
Vaqif Əsədov hərbçiləri peşə bayramı münasibəti ilə TƏBRİK EDİB - FOTO
Azərbaycanın şanlı ordusunun tarixi – 26 İyun Silahlı Qüvvələr Günü
"Eşq olsun qüdrətli Azərbaycan Ordusuna!" - VİDEO
Bakının mərkəzində yolda hərəkət niyə müşkülə çevrilib? - VİDEO
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi - FOTO
Bakıda onlar ölümə doğru gedirlər…
QHT Agentliyinin dəstəyi ilə yol hərəkəti təhlükəsizliyi müzakirə olundu; təkliflər səsləndirildi - VİDEO
“Müstəqil Nəqliyyatçılar” təşkilatı piyada təhlükəsizliyi ilə bağlı ictimai müzakirə keçirib - VİDEO
Xəzər dənizi hansı ölkənin günahı ucbatından quruyur? - EKOLOQ










