Avtomobillərdən atmosfer havasına atılmış çirkləndirici maddələrin həcmi 39,5 min ton çoxalıb

2021-ci ildə ölkədə stasionar mənbələrdən və avtomobillərdən atmosfer havasına atılmış çirkləndirici maddələrin həcmi 2020-ci illə müqayisədə 39,5 min ton çoxalıb.
Bu barədə Avtosfer.az-a Dövlət Statistika Komitəsindən xəbər verilib.
Qeyd olunub ki, zərərli tullantıların həcmi ümumilikdə 880,2 min ton təşkil edib və onun da 82,2 faizi və ya 723,5 min tonu avtomobillərdən atılan tullantıların payına düşüb.
Avtomobillərdən atılmış zərərli maddələrin həcmi 4,2 faiz, stasionar mənbələrdən atılmış maddələrin həcmi isə 6,8 faiz artmışdır. Stasionar mənbələrdən atılan zərərli tullantıların həcmi sənaye mərkəzlərindən olan Bakı şəhərində 6,3 min ton, Mingəçevir şəhərində 1,6 min ton, Sumqayıt şəhərində isə 0,7 min ton artıb.
Profilaktik tədbirlər nəticəsində ötən il stasionar mənbələrdə yaranan zərərli maddələrin 65,7 faizi təmizləyici qurğular vasitəsilə tutularaq zərərsizləşdirilib. Atmosferə atılan zərərli maddələrin miqdarının azaldılması üçün sənayə müəssisələrində texnoloji proseslərin təkmilləşdirilməsi və mövcud təmizləyici qurğuların səmərəliliyinin artırılması nəticəsində hava hövzəsinə il ərzində 121,1 min ton zərərli maddələrin atılmasının qarşısı alınıb
Bütün mənbələrdən atmosferə atılmış zərərli tullantıların 58.5 faizini karbon oksidi, 25.6 faizini karbohidrogenlər, 12,0 faizini azot oksidi, 0,3 faizini kükürd anhidridi, qalan hissəsini isə digər çirkləndirici maddələr təşkil edib.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO











