Avtomobillərdən oğurluq edən şəxs tutulub - FOTO

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən bir dülgər sexindən və bir avtomobil təmiri sexindən bir ədəd elektrik generatoru, bir ədəd rəndə, bir ədəd mühərrik və digər usta alət və avadanlıqları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, araşdırmalarla onun rayon sakini Əli Məmmədov olduğu müəyyən edilib. Polis əməkdaşları tərəfindən Əli Məmmədovun ətrafında aparılan tədbirlər nəticəsində onun rayon ərazisində avtomobillərdən oğurluq etdiyi də müəyyən edilib. Dindirilmə zamanı həmin şəxs törətdiyi oğurluq hadisələrini etiraf edərək, cinayət yolu ilə əldə etdiyi alət və avadanlıqları dəyərindən ucuz qiymətə satdığını bildirib. Oğurlanan alət və avadanlıqlarının yeri polis əməkdaşları tərəfindən müəyyənləşdirilərək maddi sübut kimi götürülüb.
Qeyd olunan faktlarla bağlı Quba RPŞ-nin cinayət işi açılıb, həmin şəxsin başqa cinayət hadisələrində iştirak edib-etməməsi araşdırılır.
Namiq Musayev


Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











