Avtovağzal Kompleksi gücləndirilmiş iş rejminə keçir

Bakı Beynəlxalq Avtovağzal Kompleksi yanvarın 5-dək gücləndirilmiş iş rejmində işləyəcək. Avtosfer.az xəbər verir ki, bu barədə Avtovağzalın növbə rəisi Məhəmməd Abdullayev məlumat verib.
M.Abdullayev bildirib ki, adi günlərdə 300-350 nəqliyyat vasitəsilə 7 500 - 8 500 sərnişin daşınırdısa, bayram ərəfəsində 600-750 nəqliyyat vasitəsilə 16-17 min sərnişin yola salınacaq.
"Bakı Beynəlxalq Avtovağzal Kompleksi 10 gün əvvəlcədən həm onlayn, həm kassalarında bilet satışı həyata keçirməyə başlayıb. Bundan başqa, 250-dən yuxarı nəqliyyat vasitəsi əlavə olaraq reysə buraxılacaq", - deyə M.Abdullayev qeyd edib.
Növbə rəisi əlavə edib ki, biletlərin qiymətinin süni şəkildə artırılmasının qarşısını almaq məqsədilə 11 nəfərdən ibarət Qiymət Nəzarət Komissiyası fəaliyyət göstərəcək. Hər hansı bir nöqsan ortaya çıxacağı halda, həmin sürücü reysdən uzaqlaşdırılacaq. Dekabrın 29-31-nə olan reyslərə biletlərin artıq satıldığını bildirən N.Abdullayev sərnişinlərin daha çox qərb bölgələri istiqamətində səfər etdiklərini açıqlayıb.
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!












