Avtoyuma məntəqələrində qiymətlər bahalaşıb - VİDEO

Son bir ay ərzində avtoyuma məntəqələrində göstərilən xidmətlərin qiymətləri təqribən 20 faiz artıb. Bu faktı həm sürücülər, həm də avtoyuma məntəqələrinin işçiləri təsdiqləyirlər.
Avtosfer.az-ın məlumatına görə, bahalaşmanın səbəbi xərclərin artması ilə əlaqələndirilir. Avtomobil sürücüləri deyir ki, avtoyuma məntəqələrində göstərilən xidmətlərin qiymətində təqribən 20 faizlik artım var. Kiçik həcmli avtomobillərin yuyulması 5 manatdan 6 manata, iri həcmli avtomobillərin yuyulma qiyməti isə 10 manatdan 12 manata qədər artıb. Bəzi sürücülər qiymət artımının bir aydır hiss edildiyini deyir. Çəkiliş apardığımız avtoyuma mənqətələrində də yeni qiymətlərin olduğunu təsdiqlədilər. Bildirilidi ki, hazırda şəhərdə əksər avtoyuma məntəqələrində kiçik avtomobillər 6 manata yuyulur. Qiymət artımının səbəblərindən danışan avtoyuma işçisi deyib ki, bahalaşma həm müvafiq şampunların, dərmanların, həm də suyun qiymətinin son artımından sonra baş verib. Çəkiliş apardığımız digər avtoyuma məntəqələrində də deyildi ki, xidmət haqqının artımı xərclərin yüksəlməsi ilə əlaqəlidir.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












