Azad edilmiş rayonlardan "Mercedes"lə metal daşıyanlar tutuldu - FOTO

İşğaldan azad edilmiş ərazilərdə daxili işlər orqanlarının əməkdaşları tərəfindən nəzarət-profilaktiki tədbirlər peşəkarlıqla davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri ilə rayonun Böyük Tağlar kəndi ərazisindəki stasionar postda “Mersedes” markalı avtomobil saxlanılıb. Yoxlamalar zamanı avtomobilin sürücüsü Ağdaş rayon sakini Dilən Kazımovun işğaldan azad edilmiş ərazilərdə işləməsi üçün müvafiq icazəsi olsa da, avtomobildə olan digər şəxs Bərdə rayon sakini Bəhruz Əliyevin isə müvafiq icazəsinin olmadığı müəyyən edilib.
Avtomobilə müəyyən edilmiş qaydada baxış keçirilib, bu zaman avtomobilin yük yerindən, mühərrik hissəsindən və salonundan 80 kiloqrama yaxın müxtəlif metal məmulatları aşkar olunub.
Faktla bağlı Xocavənd RPŞ-də araşdırmalar aparılır.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA












