AZAL Bakı-İstanbul-Bakı aviabiletləri ilə bağlı sərnişinlərə müraciət etdi

Bakı-İstanbul-Bakı marşrutu üzrə xüsusi reyslərə aviabiletlərin müxtəlif şəxslər tərəfindən satılması barədə müxtəlif məlumatların yayılması ilə əlaqədar olaraq Azərbaycanın milli aviadaşıyıcısı yalnız rəsmi məlumata etibar etməyi və digər mənbələrdən alınan müxtəlif təkliflərə inanmamağı sərnişinlərdən xahiş edir. “Azərbaycan Hava Yolları” (AZAL) QSC-dən Avtosfer.az-a bildirilib ki, hazırda aviabiletlər yalnız “AZAL” və “Türk Hava Yolları” aviaşirkətlərinin rəsmi internet saytlarında satılır.
Xatırladırıq ki, 2020-ci ilin 2 iyul tarixindən 29 avqust tarixinədək AZAL həftədə iki dəfə (cümə axşamı və şənbə günləri) Bakı və İstanbul arasında uçuşlar həyata keçirəcək. “Türk Hava Yolları” aviaşirkəti 1 iyul tarixindən etibarən çərşənbə və cümə günləri reyslər həyata keçirəcək.
Aviabiletlər hər hansı digər kənar resurslardan alındığı təqdirdə etibarsız aviabilet əldə etmək və ödənilən vəsaiti itirmək təhlükəsi mövcuddur. Bu qəbildən təkliflər meydana çıxdığı halda araşdırma aparılması üçün hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır.
Namiq Musayev
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ












