AZAL təyyarələrinin Ermənistan üzərindən uçuş marşrutu niyə dəyişilib?

Adətən, Bakıdan Naxçıvana və əks istiqamətdə olan mülki aviareyslər Ermənistanın Vayotsdzor və Başkənd vilayətləri üzərindən həyata keçirilir. Lakin son zamanlar bəzi reyslərin Ermənistanın Sünik vilayəti üzərindən keçdiyi müşahidə olunub. Ermənistan Mülki Aviasiya Komitəsi (MAK) "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus bəzi təyyarələrin Ermənistan üzərindən keçən uçuş marşrutlarının dəyişdirilməsi səbəblərini izah edib. Avtosfer.az-ın Oxu.az-a istinadən verdiyi məlumata görə, qurum bu barədə "Sputnik Ermənistan"ın sorğusunu cavablandırıb.
MAK-ın cavabında qeyd olunub ki, mülki təyyarələrin uçuşları beynəlxalq meyarlar və prosedurlar çərçivəsində tənzimlənir:
"Təyyarələrin yönləndirilməsi - hava şəraiti, pilotların müraciətləri, təyyarələr arasında minimal məsafənin qorunması kimi amillərlə, eləcə də hava məkanında müvəqqəti məhdudiyyətlərlə bağlı qəbul edilən adi və beynəlxalq səviyyədə tanınmış təcrübədir. Bu amillər səbəbindən bəzi hallarda təyyarələr planlaşdırılmış marşrutdan kənara çıxa bilər".
Komitə vurğulayıb ki, Azərbaycan mülki təyyarələri bu praktikanın istisnası deyil və onların marşrutdan yayınmasının səbəbləri də yuxarıda qeyd olunan hallar ola bilər.
Bildirilib ki, belə hallarda hərəkətə Ermənistanın hava hərəkətinə nəzarət orqanları və hava hücumundan müdafiə qüvvələri ilə razılaşdırılmış şəkildə, mövcud təhlükəsizlik və nəzarət prosedurlarına uyğun olaraq qərar verilir. Komitənin məlumatına görə, İranın hava məkanında dövri məhdudiyyətlər səbəbilə tranzit uçuşların coğrafiyası dəyişib və bu da Ermənistan ərazisindən keçən reyslərin sayının artmasına səbəb olub. Sonda MAK qeyd edib ki, bütün bu qərarlar sırf texniki, peşəkar və təhlükəsizlik baxımından qəbul olunur və siyasi motivlər daşımır.
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO












