Azay Quliyev Britaniya səfiri ilə görüşüb

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev Böyük Britaniyanın ölkəmizdəki səfiri İrfan Siddiqlə görüşüb. Şuradan verilən məlumata görə, görüşdə İ. Siddiq istəyi üzrə A.Quliyev şuranın yaranması və fəaliyyəti haqqında səfirə ətraflı məlumat verərək, qurumun dövlətlə vətəndaş cəmiyyəti arasında körpü rolu oynadığını bildirib, şuranın yalnız donor rolu oynamadığını eyni zamanda Azərbaycan QHT-lərinə məlumat, konsultativ, metodiki, təşkilati-texniki sahədə də dəstək verdiyini vurğulayıb. Səfir şuranın fəaliyyətini müsbət dəyərləndirdiyini, QHT-lərin inkişafı ilə bağlı təkliflərin və gələcək əməkdaşlıq imkanlarının müzakirəsinə hazır olduğunu qeyd edib. Həmçinin həmçinin hər iki dövlətin vətəndaş cəmiyyətləri arasında qarşılıqlı tanışlıq səfərlərinin təşkil edilməsinin faydalı ola biləcəyini də deyib. Sonra tərəflər mümkün əməkdaşlıq mövzularını müzakirə edərək görüşlərin davam etdirilməsi haqqında razılığa gəliblər.
Elməddin
Prezident Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib - VİDEO
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Şəhərin mərkəzinə maşınla gedənlərin NƏZƏRİNƏ: Bu tarixədək...
Bakının bu küçəsi Formula 1 həftəsində açıq olacaq
Antiterror əməliyyatlarında DİN-in real döyüş KADRLARI - VİDEO
Anar Ələkbərov şəhid anaları ilə görüşüb - FOTO
Azərbaycanın dəmiryol sistemində yenilik; yükdaşımalar 2 dəfə artırılacaq - VİDEO
Metroda gedişhaqqı artırılır? – Ekspertdən AÇIQLAMA
Bu ərazidə tikinti bitənədək piyadalar necə hərəkət etməlidir? – TƏKLİF
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Coratda bir neçə çala asfaltla dolduruldu; sakinlər narazıdır - FOTO











