Ermənilər Kərkini boşaldacaq: Paşinyan qərar verdi

Ermənistan hökuməti müvəqqəti nəzarəti altında olan Azərbaycanın Sədərək rayonunun Kərki kəndinə qanunsuz yaşayan sakinlərin təxliyəsini müzakirə edir.
Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan Baş nazir Nikol Paşinyana Kərkidə yaşayan erməni əhalinin başqa əraziyə köçürülməsi ilə bağlı üç variant təqdim edib.
Məlumata görə, Xudatyanın təqdim etdiyi üç variantdan ikisi faktiki olaraq mövcud yaşayış məntəqələrinin adının dəyişdirilərək Kərkidən köçürüləcək sakinlərin həmin ərazilərdə yerləşdirilməsini nəzərdə tutur. Bundan başqa, köçürüləcək sakinlər üçün qısa müddətdə bir neçə onlarla evin tikilə biləcəyi ərazi də müəyyənləşdirilib.
Üçüncü variant isə Kərki sakinlərinə kompensasiya ödənilməsi və onların başqa əraziyə köçürülməsidir.
Qeyd edək ki, Kərki Azərbaycanın Sədərək rayonunun ərazisində yerləşən, Ermənistanın nəzarətində olan Azərbaycan eksklavıdır. Ermənistan tərəfi kəndi Tiqranaşen adlandırır. Nikol Paşinyan son açıqlamalarında isə kəndə Azərbaycan adı olan “Kərki” ilə müraciət edir və onun Ermənistanın beynəlxalq səviyyədə tanınmış 29 743 kvadratkilometrlik ərazisinə daxil olmadığını bildirir. (modern.az)
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO












