Azərbaycan Avropa qatarları istehsal edəcək

“Azərbaycan Dəmir Yolları” QSC İsveçrənin “Stadler Rail Group” şirkəti ilə əməkdaşlığı çərçivəsində Gəncədə yataq tipli qatarların istehsal edilməsinə başlayacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə oxu.az-a “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.
Onun sözlərinə görə, hazırda layihə üzərində işlər gedir: “Yaxın gələcəkdə yataq tipli qatarlar istehsal edən zavodun tikintisinə başlayacağıq” - deyə, N.Əzməmmədov bildirib.
Mətbuat xidmətinin rəhbəri onu da əlavə edib ki, yaxın gələcəkdə bu qatarlar qonşu ölkələrə də satıla bilər: “Başlanğıcda bu qatarlar respublikanın təminatını ödəyəcək, yaxın gələcəkdə isə digər qonşu ölkələrə belə qatarların satışını həyata keçirəcəyik”.
Əzməmmədov zavodun tikintisi üçün kreditlərin cəlb edilməsini də istisna etmir: “QSC rəhbərliyinin apardığı danışıqların yekununda biz zavodun tikintisi üçün lazım olan maliyyə qaynağının mənbəyini açıqlayacağıq” - deyə, o əlavə edib.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












