Azərbaycan Bayrağı "Ginnesin rekordlar kitabı"na düşdü - FOTO

Dövlət Bayrağı Meydanında ucaldılan üçrəngli bayraq ölçüsünə görə "Ginnesin rekordlar kitabı"na düşüb.
Avtosfer.az xəbər verir ki, bu barədə "Report"a Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva deyib.
Onun sözlərinə görə, Dövlət Bayrağı Meydanı təmirə bağlanmazdan öncə bayraq dirəyinin hündürlüyünə görə bu rekord qırılmışdı:
"Hazırda isə yeni sertifikat Dövlət Bayrağı Meydanında ucaldılan bayrağın ölçüləri ilə bağlıdır. Hazırda ucaldılan bayrağın eni 36 metr, uzunluğu isə 72 metrdir. Bayrağımızın "Ginnesin rekordlar kitabı"na düşməsi iki gün öncə rəsmiləşdirilib. Bayrağın ümumi çəkisi 500 kiloqramdan artıqdır".
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 8-də Bakıda Dövlət Bayrağı Meydanında olublar. Dövlət başçısı burada Azərbaycanın üçrəngli bayrağını ucaldıb.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA













