Azərbaycan bu ölkədən 3 000-ə yaxın avtobus alacaq

Azərbaycan İndoneziyadan 3 000-ə yaxın avtobus almağı planlaşdırır.
“Report” məlumat verir ki, bunu İndoneziya Xalq Məşvərət Şurasının sədri Bambang Soesatyo Azərbaycanın bu ölkədəki səfiri Cəlal Mirzəyev ilə görüşündə deyib.
O bildirib ki, bu yaxınlarda Azərbaycan ölkədə nəqliyyat vasitəsi kimi istifadə üçün “PT Powerspark” Koreya-İndoneziya şirkətindən 3 000-ə yaxın avtobus almaq istəyir.
Qeyd edək ki, daha əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Bakı şəhərində 180 marşrut xətti üzrə 2 min avtobus fəaliyyət göstərdiyini deyib:
"Paytaxtda avtobusların sayının 2 500-ə çatdırılması nəzərdə tutulur".
Onun sözlərinə görə, bu ilin sonuna qədər Bakıda 100 yeni elektrikli avtobusun istismara verilməsi planlaşdırılır.
İndoneziya Xalq Məşvərət Şurasının sədri həmçinin qeyd edib ki, İndoneziya Azərbaycan üçün xam palma yağı, kokos yağı, ağac materialları, üzlənmiş panellər, tekstil və qəhvə tədarükçüsüdür:
“1992-ci il sentyabrın 24-də diplomatik münasibətlər qurulandan siyasət, ticarət, sosial, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq həyata keçirilib. Azərbaycan İndoneziya üçün xam neft tədarükçüsünə çevrilir və dövriyyə əsas əmtəələri neft və qaz olmaqla təxminən 255,7 milyon ABŞ dollarına çatacaq”.
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”
Daşkənddə İlham Əliyevin Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub - FOTO
Liderlər və birinci xanımlar birgə foto çəkdiriblər - VİDEO
Şavkat Mirziyoyev "Heydər Əliyev" ordeni ilə təltif edilib - SƏRƏNCAM
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - FOTO
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin Özbəkistana səfəri ilə bağlı paylaşım edib - VİDEO
Hikmət Hacıyev: “İki dilin kombinasiyasında danışmağa çalışırıq” - VİDEO










