"Azərbaycan Dəmir Yollları" 650 min dollarlıq borcla bağlı məlumatlara münasibət bildirib

"Azərbaycan Dəmir Yollları" QSC mətbuatda Çexiya şirkətinə 650 min dollar borclu olması barədə yayılan məlumatlara münasibət bildirib.
QSC-nin mətbuat xidmətindən bildirilib ki, “ROBERTSON & BLUMS” CORPORATİON by RBC Group” üzərinə imzalanmış müqaviləyə əsasən, “Azərbaycan Dəmir Yolları” QSC–yə biznes proseslərinin avtomatlaşdırılması xidmətlərinin göstərilməsi, biznes proseslərinin avtomatlaşdırılmasını tətbiq etmək üçün yaradılmış proqram təminatının tətbiq edilməsi və peşəkar təchizatçıdan əldə olunmuş proqram təminatı üzrə 1C biznes lisenziyanın əldə olunmasının təmin edilməsinə dair öhdəliklər götürüb: "Müqaviləyə əsasən, “ROBERTSON & BLUMS” CORPORATİON by RBC Group” proqram təminatının orijinal və istənilən qüsurlardan azad olması barədə zəmanət verib və hər hansı 3-cü şəxsin patent, müəlliflik hüquqları, ticarət sirri və digər əmlak hüquqlarının pozulmamasını qeyd edilib. Bildirilməlidir ki, müqavilə üzrə proqram təminatının təchizatı tamamlanmayıb və görülmüş işlərdə tərəfimizdən ciddi qüsurlar aşkarlanıb. Habelə “ROBERTSON & BLUMS” CORPORATİON by RBC Group”un ümumiyyətlə qeyd olunan proqram təminatının təchizatçısı kimi çıxış etmək səlahiyyətinin olmaması müəyyənləşib. Bu hal müstəqil mütəxəssislərin verdiyi rəylə də təsdiqlənib".
QSC-dən bildirilib ki, “Azərbaycan Dəmir Yolları” proqram təminatı üzrə lisenziyaya görə ödənişi tam şəkildə etsə də, “ROBERTSON & BLUMS” CORPORATİON by RBC Group” müqavilənin əsas şərtlərini pozub, qeyd edilən lisenziya bu günədək təqdim olunmayıb: "Qeyd olunanları nəzərə alaraq, “Azərbaycan Dəmir Yolları” QSC-nin pozulmuş hüquqlarının məhkəmə qaydasında bərpası istiqamətində hazırda tədbirlər görülməkdədir. Məhkəmə prosesinin uzadılması məsələsinə gəldikdə isə bildirilməlidir ki, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə Azərbaycan Ali Məhkəməsinin tövsiyəsinə əsasən, müvafiq məhkəmədə baxış iclası keçirilməyib. “Azərbaycan Dəmir Yolları” QSC-nin isə pozulmuş hüquqlarının bərpası baxımından prosesin uzadılmasında maraqlı olması məntiqsizdir.
Mətbuatda yer almış həqiqətə uyğun olmayan məqalə “Azərbaycan Dəmir Yolları” QSC-nin və məhkəmələrin fəaliyyətinə kölgə salmaqla yanaşı, “ROBERTSON & BLUMS” CORPORATİON by RBC Group”u tərəfindən təzyiq göstərmək məqsədi daşıyır.
Mətbuat nümayəndələrinin gələcəkdə bu cür məqalələrin dərc edilməsindən öncə qarşı tərəfin mövqeyinin öyrənilməsi və obyektiv münasibətin bildirilməsi arzuolunandır".
İlduzə Hacıyeva niyə 5 il 2 ay həbs olunub? – Hüquqşünas İZAH ETDİ - FOTO
İlqar Altay “Arzum”un səs yazısını yaydı - VİDEO
Bölgələrdə turizm obyektlərinin qiymətləri yenə bahalaşıb - İQTİSADÇI
Qazaxıstan Rusiyaya yanacaq satmağa hazırlaşır? – Politoloqdan səs gətirən İDDİA
Avtomobili pandusun qarşısında saxladı; əlilə mane oldu – VİDEO
"Arzum" niyə 5 il 2 ay müddətinə həbs edildi? - Hakimdən AÇIQLAMA
Nəqliyyat sahəsində azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb
Final matçının fantastik bilet qiymətləri – Ən ucuzu və ən bahası
Bakıda kirayə mənzil qiymətləri niyə artıb? - EKSPERT
Avropa Komissiyasının Prezidenti Bakıya niyə gəlib? - AÇIQLAMA
Rusiya 13 il əvvəl qadağan edilmiş yanacağa qayıdır










