Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında Yol Xəritəsi layihəsi müzakirə edilib

Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında ticarət və investisiya, energetika, nəqliyyat və logistika, telekommunikasiya və informasiya texnologiyaları, gömrük və sərhəd məsələləri sahələrində əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üzrə Yol Xəritəsi layihəsinin müzakirəsi məqsədilə üç ölkənin nümayəndələrindən ibarət İşçi Qrupun videokonfrans formatında görüşü keçirilib.
Avtosfer.az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, görüşdə çıxış edən İşçi Qrupun Azərbaycan tərəfindən rəhbəri, Baş Nazirin müavini Şahin Mustafayev Azərbaycan, Əfqanıstan və Türkmənistan prezidentlərinin iyulun 2-də videokonfrans vasitəsilə keçirilmiş görüşü zamanı verilmiş tapşırıqlara uyğun olaraq Azərbaycan tərəfindən üç ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üzrə Yol Xəritəsi layihəsinin hazırlandığını qeyd edib.
Tərəflər Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında əsasən nəqliyyat və kommunikasiya sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişafına dair geniş fikir mübadiləsi aparıblar.
İşçi Qrupa Əfqanıstan tərəfindən Mərkəzi Bankın sədri vəzifəsini icra edən Acmal Ahmadi, Türkmənistan tərəfindən isə Nazirlər Kabinetinin sədr müavini Bayramgeldi Ovezov rəhbərlik edirlər.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











