Azərbaycan-Ermənistan sərhədində gərginlik: III Qarabağ müharibəsi başlaya bilər?

“Əgər onlar siyasi həll yolu tapmasalar, hərbi əməliyyatları istisna etmirəm”.
Bu sözləri Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, keçmiş baş hərbi inspektor, general-polkovnik Movses Akopyan deyib. “Azərbaycanlılar Qarağluxa çata bilsə, erməni tərəfi böyük əraziyə nəzarəti itirəcək", - deyə o əlavə edib. Xatırladaq ki, son günlərdə Qarabağdakı vəziyyət yenidən gərginləşib. Ermənistanın üçtərəfli razılaşmalara əməl etməməsi və yenidən təxribatlara cəhd etməsi buna səbəb olub. Son yaşanan proseslər isə yenidən müharibə ola biləcəyi iddialarının səslənməsinə gətirib çıxarıb. Maraqlıdır, yaxın zamanda III Qarabağ müharibəsi başlaya bilər? Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov Cebhe.info-ya açıqlamasında deyib ki, irimiqyaslı əməliyyat olmayacaq:

"Fikrimcə, sadəcə antiterror əməliyyatı həyata keçiriləcək. Lakin bu, III Qarabağ müharibəsinə səbəb olmayacaq. Çünki orada böyük bir ərazi qalmayıb. Azərbaycan Ordusunun həmin əraziləri bir neçə günə təmizləmək imkanı da var. Üstəlik ermənilər üçün Qarabağda heç bir perspektiv yoxdur.
Oradakı qanunsuz erməni silahlı birləşmələri ya silahlarını təhvil verəcəklər, ya da məhv ediləcəklər. Azərbaycan Ordusu artıq 2 həftədən çoxdur ki, onlara lazım olan xəbərdarlıqları edib. Həmçinin, Rusiya sülhməramlılarına da bu haqda bildirilib. Dünən Sergey Şoyqunun Azərbaycanın müdafiə naziri Zakir Həsənova zəng etməsi də, orada olan rus sülhməramlılarının çətin vəziyyətə düşməməsi və zərər görməməsilə bağlı xahiş idi". Ekspert ATƏT sədrinin polşalı nümayəndəsi Anjey Kaspşikin açıqlamalarına da cavab verib: "O yaramaz dünən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşərək, Qarabağı müzakirə edib. Hətta bəyanat verib ki, Azərbaycan Ordusu martın 23-nə olan mövqelərinə çəkilməlidir. Sən kimsən ki, Azərbaycan ərazilərilə bağlı fikir səsləndirirsən? Ümumiyyətlə, kimin nə deməyindən asılı olmayaraq, Azərbaycan Ordusu bu məsələni sona çatdıracaq. Azərbaycan öz ərazi bütövlüyünü tam şəkildə bərpa etməlidir və edir".
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












