Azərbaycan hərbçiləri bu gün Moskvadakı paradda iştirak edəcək

Bu gün Rusiyanın paytaxtı Moskvada Böyük Vətən Müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunan hərbi parad keçiriləcək.
Paradda ölkəmizi Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət heyəti təmsil edəcək. Azərbaycan Ordusunun qulluqçularından ibarət parad heyəti bir neçə gün əvvəl Moskva şəhərinə yola düşüb.
Bakıda yekunlaşan hazırlıq məşqlərini hərbi qulluqçularımız digər ölkələrin parad heyətləri ilə Moskvada davam etdiriblər.
Paradda hərbçilərimizin Azərbaycan istehsalı olan silahlarla təntənəli keçidi olacaq.
Mərasimdə Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti qonaq qismində iştirak edəcək.
Qeyd edək ki, Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqu tərəfindən Moskvada keçiriləcək hərbi parada dəvət olunub. ("Report")
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir












