Azərbaycan Hindistana dəmir yolu ilə koks nəql edir

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunun istehsalı olan koks bu dəfə Hindistana nəql olunur.
Avtosfer.az xəbər verir ki, bu barədə məlumatı “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” yayıb.
Məlumatda deyilir ki, “ADY Express” MMC həmin yükün Gürcüstanın Poti limanına nəqlini davam etdirir: “Koks Keşlə stansiyasında yarımvaqonlara yüklənərək Poti limanına daşınır burada yük gəmilərə aşırıldıqdan sonra dəniz vasitəsi ilə təyinat ölkəsinə çatdırılır.
İlkin olaraq 2021-ci ilin əvvəlindən bu günə qədər 25 000 ton koks Hindistana çatdırılır ki, onun axırıncı partiyası 1 min tonu artıq yola salınıb. Bu ayda daha 25 000 ton koksun nəql olunacağı nəzərdə tutulub. Vaqon təminatı “Azərbaycan Dəmir Yolları” QSC və “ADY Express” MMC tərəfindən aparılır”.
Xatırladaq ki, “ADY Express” şirkəti 2020-ci il noyabr-dekabr aylarında 27 000 ton koks Poti limanına daşıyıb ki, həmin yüklər də Çinə nəql edilib.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












