Azərbaycan, İran və Gürcüstan dəmiryolçuları görüşdü

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, İran İslam Respublikasının Dəmir Yolunun baş direktoru Mohsen Purseyid Ağayi, Gürcüstan Dəmir Yolları SC-nin baş direktoru Mamuka Baxtadze arasında üçtərəfli görüş keçirilib.
Avtosfer.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun anspress-ə verdiyi məlumata görə, görüş Təbriz şəhərində baş tutub.
Görüşdə üç dövlətin tranzit potensialını artıraraq Qara dəniz hövzəsindən, Gürcüstan dəniz limanları vasitəsi ilə tranzit yüklərin Gürcüstan və Azərbaycan üzərindən Fars körfəzinə çatdırılması perspektivləri müzakirə olunub.
İran İslam Respublikasının getdikcə artan ticarət dövriyyəsi, qeyd olunan nəqliyyat dəhlizinin daha əlverişli olması da görüşün əsas müzakirə olunan mövzularından idi.
İclasın yekununda dəmir yollarının rəhbərləri üçtərəfli əməkdaşlığı təsdiq edən protokolu imzalayıb.
C.Qurbanovun İran səfəri çərcivəsində Astaraçay üzərində dəmir yolu körpüsünün tikintisi ilə bağlı Tehranda müzakirələr aparılıb. İran İslam Respublikasının paytaxtı Tehran şəhərində “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Astaraçay üzərində Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu körpüsünün tikinti layihəsi üzrə Azərbaycan və İİR Dəmir Yollarının İşçi Qurupunun iclası keçirilib.
İlduzə Hacıyeva niyə 5 il 2 ay həbs olunub? – Hüquqşünas İZAH ETDİ - FOTO
İlqar Altay “Arzum”un səs yazısını yaydı - VİDEO
Bölgələrdə turizm obyektlərinin qiymətləri yenə bahalaşıb - İQTİSADÇI
Qazaxıstan Rusiyaya yanacaq satmağa hazırlaşır? – Politoloqdan səs gətirən İDDİA
Avtomobili pandusun qarşısında saxladı; əlilə mane oldu – VİDEO
"Arzum" niyə 5 il 2 ay müddətinə həbs edildi? - Hakimdən AÇIQLAMA
Nəqliyyat sahəsində azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb
Final matçının fantastik bilet qiymətləri – Ən ucuzu və ən bahası
Bakıda kirayə mənzil qiymətləri niyə artıb? - EKSPERT
Avropa Komissiyasının Prezidenti Bakıya niyə gəlib? - AÇIQLAMA
Rusiya 13 il əvvəl qadağan edilmiş yanacağa qayıdır










