Azərbaycan Küveytlə nəqliyyat və tranzit sektorlarında əməkdaşlığı müzakirə edib

Azərbaycan və Küveyt arasında ticarət, turizm, ənənəvi və bərpa olunan enerji, kənd təsərrüfatı, nəqliyyat və tranzit sektorlarında əməkdaşlıq imkanları müzakirə edilib. Avtosfer.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib. Nazir qeyd edib ki, bu barədə müzakirələr Küveytə işgüzar səfər zamanı bu ölkənin maliyyə naziri, elektrik enerjisi, su və bərpa olunan enerji naziri, eyni zamanda iqtisadi məsələlər və sərmayə üzrə dövlət naziri vəzifəsini icra edən və Küveyt İnvestisiya Qurumunun Direktorlar Şurasının sədri Subaih Abdul Əziz Abdul Muhsen Al-Muxaizim ilə görüşdə aparılıb. "Ölkəmizin əlverişli investisiya mühiti barədə məlumat verərək Azərbaycan ilə Küveyt arasında iqtisadi əlaqələrin genişləndiyini vurğuladıq", - deyə M.Cabbarov əlavə edib.
Ağac avtomobilin və ya evin üzərinə aşanda zərəri kim ödəyəcək? – EKSPERTDƏN AÇIQLAMA
Küləkli havada sürücülər nələrə diqqət etməlidir? – MÜTƏXƏSSİS
Küləkdə ölüm və xəsarət olmaması üçün nə edək? – AÇIQLAMA
Həftəyə tıxacla başladıq
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi












