Azərbaycan Niderlanddan 6 mln. dollar dəyərində 265 traktor idxal edib

Bu ilin yanvar-iyun aylarında Azərbaycan ümumi dəyəri 20,27 mln. ABŞ dolları təşkil edən 891 ədəd traktor idxal edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 42,2%, miqdar ifadəsində isə 702 ədəd və ya 44,1% azdır.
Hesabat dövründə ölkəyə ən çox yarımqoşqular üçün təkərli traktorlar idxal olunub. Bu traktor növündən cari ilin birinci yarısında 11,4 mln. dollar dəyərində 490 ədədi gətirilib ki, bu da illik müqayisədə dəyər ifadəsində 16,5%, miqdar ifadəsində isə 173 ədəd və ya 26,1% azdır.
Ümumiyyətlə, Azərbaycana ən çox traktoru Niderlanddan idxal olunub. Yanvar-iyun aylarında Azərbaycan bu ölkədən 6,1 mln. dollar dəyərində 265 ədəd yarımqoşqular üçün təkərli traktor idxal edib. İdxalda ikinci ən yüksək paya Almaniya sahib olub. Bu ölkədən Azərbaycana 2,93 mln. dollar dəyərində 133 ədəd yarımqoşqular üçün təkərli traktorlar və bir ədəd kənd təsərrüfatı işləri üçün təkərli traktor idxal olunub. Almaniyanın ardınca gələn Çin Azərbaycana 2,63 mln. dollar dəyərində 177 ədəd traktor ixrac edib.
Bundan əlavə, Türkiyə və Fransa da Azərbaycana əsas traktor ixracatçılarının siyahısında yer alıb. Sözügedən ölkələr hesabat dövründə Azərbaycana müvafiq olaraq 2,46 mln. dollar dəyərində 111 ədəd və 1,46 mln. dollar dəyərində 14 ədəd traktor ixrac edib. (APA)
Dəmir yolu xəttində yenidənqurma: 2028-ci ilədək nələr dəyişəcək?
Metro ziyanla işləyir - Gediş haqqı artırılacaq?
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
İki ölkənin nümayəndələri Zəngəzur dəhlizinə baxış keçirdi: YENİLİKLƏR AÇIQLANDI
Prezidentin Qırğızıstana işgüzar səfəri başa çatıb - FOTO
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bişkekdə keçirilən görüşlər Azərbaycanın siyasi tarixi üçün niyə əhəmiyyətlidir? - AÇIQLAMA
ŞƏT-lə dialoq tərəfdaşı rolunda əməkdaşlıq Azərbaycana nə vəd edir? - DEPUTAT
Yeni tədris ilində tıxac əvvəlki illərdən daha çox artacaq - MÜTƏXƏSSİS
İşıq dirəkləri olan küçə qaranlığa qərq olub: Sürücülər və piyadalar təhlükədədir - VİDEO
Taksidə kondisionerə görə əlavə pul tələb edilə bilər? – AÇIQLAMA – VİDEO










