Azərbaycan Qazaxıstandan yeni teplovozlar alacaq

Bu gün Azərbaycan və Qazaxıstan arasında yeni teplovozların alınmasına dair müqavilə imzalanacaq. Avtosfer.az xəbər verir ki, bunu Çin, Qazaxıstan, Azərbaycan ərazisindən keçərək Şixezi-Dostık-Aktau-Ələt-Keşlə marşrutu ilə hərəkət edən sınaq konteyner qatarının Bakı Beynəlxalq Dəniz Ticarət Limanında qarşılanması mərasimində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib.
C.Qurbanovun sözlərinə görə, bu, müstəqil Azərbaycanın tarixində ilk analoji müqavilədir.
“Tarixdə ilk dəfə Qazaxıstan və ABŞ-ın birgə istehsalı olan teplovozlar Azərbaycana gətiriləcək. Artıq birinci bu tip teplovoz Azərbaycandadır. Ümumilikdə 10 teplovoz alınacaq”, - deyə, o, bildirib.
C.Qurbanov bildirib ki, rəhbəri olduğu “Azərbaycan Dəmir Yolları” QSC həm sərnişindaşınmada, həm yükdaşımada böyük nailiyyətlər əldə edib. “Bu yaxınlarda Fransanın “Alstom” şirkətindən 50-yə yaxın elektrovoz alınmalıdır. Bildiyiniz kimi, biz İsveçrənin “Stadler” şirkətindən 5 ədəd yeni sərnişin qatarı almışıq. Bundan başqa, 5 ədəd sərnişin qatarı “Riqa vaqon təmiri zavodunda” təmir olunaraq Azərbaycana gətirilib və Bakı-Sumqayıt-Bakı marşrutu üzrə işləyəcək”.
C.Qurbanov həmçinin əlavə edib ki, yaxın vaxtlarda Fransanın “Altsom” şirkətindən 50 ədəd elektrovoz alınması planlaşdırılır.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












