Azərbaycan Qlobal Forumda hansı nümunələri dünyaya çatdırır? - FOND SƏDRİ - FOTO

Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumu (WUF13) Azərbaycanın beynəlxalq arenadakı mövqeyini daha da gücləndirən mühüm tədbirlərdən biri kimi qiymətləndirilir. Forumun ölkədə təşkili həm qlobal urbanizasiya çağırışlarının müzakirəsi, həm də Azərbaycanın post-münaqişə dövründə həyata keçirdiyi genişmiqyaslı yenidənqurma və innovativ şəhərsalma layihələrinin təqdimatı baxımından xüsusi əhəmiyyət daşıyır.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Prezidenti Umud Mirzəyev Avtosfer.az-a müsahibəsində bildirib ki, bu forum Azərbaycanın qlobal urbanizasiya proseslərində rolunu daha da artırır və eyni zamanda post-münaqişə bölgələrində tətbiq edilən yenilikçi inkişaf modellərinin beynəlxalq müstəviyə çıxarılması üçün mühüm imkanlar yaradır. O qeyd edib ki, Qarabağda həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələri artıq beynəlxalq ekspertlərin diqqət mərkəzindədir və bu təcrübə gələcəkdə digər regionlar üçün də örnək kimi dəyərləndirilə bilər.
“Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Azərbaycanda keçirilməsi ölkənin beynəlxalq nüfuzunun artmasına xidmət etməklə yanaşı, Qarabağ bölgəsində aparılan bərpa və yenidənqurma işlərinin dünya ictimaiyyətinə çatdırılması üçün geniş platforma yaradır. Forum təkcə urbanizasiya məsələlərini deyil, eyni zamanda humanitar əməkdaşlıq, yaşıl enerji və dayanıqlı inkişaf modellərini də ön plana çıxarır.
Tədbirə 180-ə yaxın ölkədən nümayəndələrin qeydiyyatdan keçməsi forumun qlobal miqyasda ciddi maraq doğurduğunu göstərir. Eyni zamanda yüzlərlə beynəlxalq media nümayəndəsinin iştirak etməsi Azərbaycanın həyata keçirdiyi layihələrin daha geniş auditoriyaya çatdırılması üçün əlavə imkanlar formalaşdırır. Qarabağda aparılan bərpa və yenidənqurma işləri artıq yeni inkişaf modeli kimi diqqət çəkir. Günəş və yaşıl enerji layihələri, “ağıllı kənd” konsepsiyaları və müasir şəhərsalma yanaşmaları Azərbaycanın post-münaqişə dövründə tətbiq etdiyi əsas istiqamətlərdən hesab olunur. Bu təcrübənin gələcəkdə digər ölkələr üçün də nümunə ola biləcəyi bildirilir.

Forumun Azərbaycanda təşkili həm ölkənin beynəlxalq platformalarda mövqeyini möhkəmləndirir, həm də Qarabağda həyata keçirilən quruculuq prosesinin dünyaya nümayiş etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır”.
Eltac
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












