Azərbaycan telekanalları və radiolarına “Formula-1” qadağan edildi

Azərbaycan telekanalları və radioları bu il keçiriləcək “Formula-1” üçün media akkreditasiyasından keçə bilməyəcək.
Buna səbəb yarışın pandemiya şəraitində keçirilməsidir.
Qeyd edək ki, yalnız media akkreditasiyasından yayım hüququ olan AzTV-yə (“İdman TV”) akkreditasiya veriləcək. Bundan başqa, yerli və xarici yazılı KİV nümayəndələrinin sayında da azalmalar olacaq. Burada əvvəllər “Formula-1” üçün akkreditasiya almış və bu yarışı işıqlandırmış yerli saytlara üstünlük veriləcək.
4-6 iyun tarixlərində keçiriləcək yarış üçün təxminən 50-dən çox yerli media nümayəndəsi qeydiyyatdan keçə biləcək. Ümumilikdə isə 150-dən çox yerli və xarici media nümayəndəsinin qeydiyyatına icazə veriləcək.
Qeyd edək ki, media akkreditasiya prosesi bugündən başlayıb və martın 20-dək davam edəcək.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












