Azərbaycan Türkiyədən 7 mln. dollar dəyərində 50 avtobus idxal edib

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycana ümumi dəyəri 7,76 mln. ABŞ dolları təşkil edən 76 ədəd avtobus idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 29,9% çoxdur, miqdar ifadəsində isə 25 ədəd və ya 24,8% azdır.
Ölkəyə daxili yanma mühərriklə (dizel və ya yarımdizel) yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən 231,75 min dollar dəyərində 8 avtobus gətirilib. Bu növ avtobusların hamısı Türkiyədən idxal olunub.
Ümumiyyətlə, Azərbaycana ən çox avtobus Türkiyədən idxal olunub. Hesabat dövründə Azərbaycan bu ölkədən 6,98 mln. dollar dəyərində 50 ədəd avtobus idxal edib. İdxalda ikinci ən yüksək paya Rusiya sahib olub. Bu ölkədən Azərbaycana 232,28 min dollar dəyərində 11 ədəd avtobus ixrac olunub.
Bundan əlavə, Koreya və Almaniya da Azərbaycana əsas avtobus ixracatçılarının siyahısında yer alır. Sözügedən ölkələr hesabat dövründə Azərbaycana müvafiq olaraq 433,3 min dollar dəyərində 10 ədəd və 107,32 min dollar dəyərində 5 ədəd avtobus ixrac edib. (APA)
Dəmir yolu xəttində yenidənqurma: 2028-ci ilədək nələr dəyişəcək?
Metro ziyanla işləyir - Gediş haqqı artırılacaq?
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
İki ölkənin nümayəndələri Zəngəzur dəhlizinə baxış keçirdi: YENİLİKLƏR AÇIQLANDI
Prezidentin Qırğızıstana işgüzar səfəri başa çatıb - FOTO
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bişkekdə keçirilən görüşlər Azərbaycanın siyasi tarixi üçün niyə əhəmiyyətlidir? - AÇIQLAMA
ŞƏT-lə dialoq tərəfdaşı rolunda əməkdaşlıq Azərbaycana nə vəd edir? - DEPUTAT
Yeni tədris ilində tıxac əvvəlki illərdən daha çox artacaq - MÜTƏXƏSSİS
İşıq dirəkləri olan küçə qaranlığa qərq olub: Sürücülər və piyadalar təhlükədədir - VİDEO
Taksidə kondisionerə görə əlavə pul tələb edilə bilər? – AÇIQLAMA – VİDEO










