Azərbaycan Türkiyədən avtomobil idxalını artırıb

2020-ci ilin yanvar-may aylarında Türkiyədən Azərbaycana avtomobil ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 62,03 faiz artaraq 41,326 milyon dollar təşkil edib.
Bu barədə Türkiyənin Ticarət Nazirliyindən məlumat verilib.
Nazirlik qeyd edib ki, 2020-ci ilin may ayında Türkiyədən Azərbaycana avtomobillərin ixracı 2019-cu ilin may ayına nisbətən 80,52 faiz artaraq 11,636 milyon dollar təşkil edib.
Qeyd edək ki, 2020-ci ilin yanvar-may aylarında Türkiyədən dünya bazarlarına avtomobil ixracı 8,778 milyard dollar təşkil edərək keçən ilin eyni dövrü ilə müqayisədə 33,1 faiz azalıb.
Türkiyədən avtomobil ixracı yanvar-may aylarında ölkənin ümumi ixracının 14,2 faizini təşkil edib. Son 12 ayda (may 2019 - may 2020) Türkiyə 26,241 milyard dollar məbləğində avtomobil ixrac edib. (Trend)
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS










