Azərbaycan Türkiyəyə elektrobus sata bilər

"Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin nümayəndələri Türkiyəyə səfər edib.
Bu barədə “Report”a açıqlamasında müəssisənin Mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov məlumat verib.
Onun sözlərinə görə, səfərin məqsədi zavodun istehsal etdiyi elektrobusları qonşu ölkənin bazarına çıxarmaqdır.
"Türkiyə tərəfi Azərbaycan istehsalı olan eloktobusları bəyənib və hazırda ixracla bağlıı danışıqlar ilkin mərhələdədir. Razılıq əldə edilsə, görüşlər çərçivəsində müqavilə imzalanacaq. Onu da deyim ki, "Gəncə Avtomobil Zavodu"nun Türkiyədə nümayəndəliyi fəaliyyət göstərir. Bu isə Türkiyə bazarını daha yaxşı araşdırmağa imkan verir", - deyə M.Rəhimov qeyd edib.
Xatırladaq ki, “Gəncə Avtomobil Zavodu”nun əsası 1986-cı ildə qoyulub. İstehsalat Birliyi 1989-cu ildə istismara verilməli olsa da, SSRİ-nin dağılması onun tikintisini yarımçıq qoyub və nəzərdə tutulandan 15 il sonra - 2004-cü ildə zavod işə düşüb. Onun istehsal gücü ildə 30 min ədəd orta tonnajlı avtomobildir.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO











