Azərbaycan üçün elektrovozlar istehsal ediləcək

“Alstom Transport” şirkəti 2016-2018-ci illərdə “Azərbaycan Dəmir Yolları” üçün elektrovozlar istehsal edəcək. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərov AzərTAc-a müsahibəsində məlumat verib. QSC-nin sədri demişdir ki, 2014-cü ilin mayında Bakıda keçirilən Azərbaycan-Fransa biznes forumu çərçivəsində imzalanan 11 sənəddən biri də yük lokomotivlərinin alınmasına dair müqavilədir. Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və “Alstom Transport” şirkətinin prezidenti Ann Pupo Lafarq tərəfindən imzalanmış bu müqaviləyə əsasən, alınacaq elektrovozlar 2016-2018-ci illərdə EKZ birgə müəssisəsində istehsal olunacaq. Bu sənəd, habelə servis deposunun yaradılmasını, texniki dəstəyin və xidmətin təmin olunmasını danəzərdə tutur.
Qeyd edək ki, Fransanın iri maşınqayırma şirkəti olan “Alstom” dəmir yolu nəqliyyatının istehsalı sahəsində dünya liderlərindən biridir. Şirkət “Azərbaycanın Dəmir Yolları”nı 50 ədəd KZ8A yük elektrovozu ilə təmin edəcək.
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi?
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir? - FOTO
Naxçıvan dəmir yolunda 2029-cu ilə qədər hansı işlər görüləcək? – Ekspert AÇIQLADI
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
Bakıda təmir işləri sürücülərə necə təsir edəcək? – Mütəxəssisdən AÇIQLAMA
Azərbaycan Ukraynaya bu sahədə dəstəyini niyə artırır? – Politoloq AÇIQLADI
Avtobus qəzalarının qarşısını necə almaq olar? – TƏKLİF
Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək? - DETALLAR
DİN yeni quraşdırılan radarla bağlı açıqlama yaydı – KAMERA İMİŞ – VİDEO
Bu yollarda tıxac var - SİYAHI










