Azərbaycanda avtomobil kreditləri bahalaşıb

Bu ilin III rübü ərzində Azərbaycanda avtomobil kreditləri üzrə orta faiz dərəcəsi artıb. Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, cari ilin iyulun 1-nə milli valyutada verilən avtomobil kreditləri üzrə orta faiz dərəcəsi 18%, ABŞ dolların verilən kreditlər üzrə isə 16% təşkil edib.
Xatırladaq ki, bu il aprelin 1-nə eyni kateqoriyadan olan kreditlər üzrə orta faiz dərəcəsi müvafiq olaraq 17% və 15% səviyyəsində olub. Bu da öz növbəsində əvvəlki rübün yekunu ilə müqayisədə 1 faiz bəndi artım olmasını əks etdirir.
Məlumata əsasən, məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər üzrə orta faiz dərəcəsi milli valyutada 22%, ABŞ dollarında 11% təşkil edib. Aprelin 1-nə bu göstəricilər müvafiq olaraq 22% və 10% olub.
Yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər (yaşayış sahəsinin alınmasına və tikintisinə verilmiş kreditlər istisna olmaqla) üzrə orta faiz dərəcəsi bu müddətdə dəyişməyərək manatda 21%, dollarda 13%, kredit kartı vasitəsilə verilən kreditlər üzrə orta faiz dərəcəsi manatda 23%, dollarda 11%, digər valyutalarda 14%( aprelin 1-nə müvafiq olaraq 23%, 10% və 14%) təşkil edib. (APA)
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












