Azərbaycanda bu tarixdə karantin rejimi ləğv edilə bilər - AÇIQLAMA

Azərbaycanda gündəlik yoluxmaların və ölənlərin sayında azalma dinamikası davam edir. Belə ki, yanvarın 4-də 152 nəfər yoluxub, 3 nəfər isə ölüb. Yoluxanların sayındakı mövcud azalma dinamikasının davam etməsi müxtəlif iddiaları ortaya çıxarır. Belə ki, bu gün səsləndirilən fikirlərdən biri də may ayına qədər Azərbaycanda karantin rejiminin ləğv edilməsidir.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Sonxəbər.az-ın sualını cavablandıran dosent Ədalət Rüstəm bildirib ki, gündəlik yoluxanların sayındakı azalma bir daha sübut edir ki, insanlarımız Operativ Qərargah tərəfindən qoyulan qaydalara əməl edirlər. Düzdür, yaz-yay aylarında koronavirusun 3-cü dalğasının olacağı ilə bağlı fikirlər səsləndirənlər də var. Amma düşünürəm ki, yaz-yay aylarında Azərbaycanda koronavirusun 3-cü dalğası gözlənilmir.
Çünki yanvarın 18-dən vaksinasiya başlayıb. İnsanlar da artıq karantin qaydalarına əməl edir və istər qapalı məkanlarda, istərsə də açıq havada maskadan istifadə edirlər. Ona görə də yoluxma sayının yenidən artması inandırıcı deyil. Sevindirici haldır ki, insanlar artıq Operativ Qərargahın tövsiyələrinə əməl edirlər. Düşünürəm ki, biz yay aylarında artıq normal həyatımıza geri qayıdacağıq. Düzdür, koronavirus heç bir zaman bitməyəcək, çünki bu, daim davam edən xəstəlikdir. Lakin gündəlik yoluxma da əvvəlki kimi deyil, 3-5 arası olacaq. Ona görə də düşünürəm ki, artıq may və iyun aylarında qaydalar saxlanılmaqla karantin rejimi ləğv ediləcək və normal həyatımıza qayıda biləcəyik".
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












