Azərbaycanda daha bir həkim koronavirusdan sağaldı - FOTO

Mərkəzi Gömrük Hospitalında COVID-19-dan müalicə alan Bakı şəhəri 26 saylı şəhər xəstəxanasının terapevti Gülnar Ağayeva ötən gün sağalaraq evə yazılıb.
Bu barədə hospitaldan məlumat verilib.
Məlumat üçün bildirək ki, G.Ağayeva ön cəbhədə virusa xəstələri müalicə etdiyi zaman yoluxub. Digər tibb müəssisəsində müalicə almasına baxmayaraq Gülnar həkimin səhhəti yaxşılaşmağa doğru getmirdi. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəhbərliyi ilə əldə olunan razılığa əsasən avqustun 12-də Gülnar Ağayeva Mərkəzi Gömrük Hospitalının Reanimasiya və İntensiv Terapiya şöbəsində yerləşdirildi. Daxil olarkən onun vəziyyəti kritik ağır idi, saturasiyası aşağı, hərarəti yüksək və nəfəs almaqda çətinlik çəkirdi.
Hospitalın reanimatioloqlarının, infeksionist həkimlərinin və orta tibb personalının gərgin əməyi sayəsində Gülnar Ağayeva sağalaraq doğmalarının yanına qayıtdı. ( "Report")
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO












